SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii kompozisiya

17.10.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında N.Tusi adına 12 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş “Müstəqillik simfoniyası” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbir müstəqil Azərbaycanın dövlət himninin səslənməsi ilə açıq elan olundu. Tədbirdə Mərkəzi Uşaq Kitabxanasının multimedia mütəxəssisi Qənimə Baqişova müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışaraq XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildirdil. Qənimə Baqişova məruzəsinin sonunda “Müstəqilliyimiz əbədidir” adlı kitab sərgisində ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri və bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən bəhs edən kitablar və dövri mətbuat materialları haqqında qısa xülasə verdi. Daha sonra məktəblilər şair Zeynal Vəfanın “Müstəqillik simfoniyası” poeması əsasında hazırlanmış bədii kompozisiya ilə çıxış etdilər.