SumgaitLibrary

+994 186520087


Görüş

16.10.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi kitabxana gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Günel Eyvazlı ilə görüş keçirdi. Tədbirdə kitabxananın oxucuları, Sumqayıt Dövlət Texniki Kollecin müəllim və tələbə kollektivi iştirak etdi. Tədbiri giriş sözü ilə açan MKS-in direktoru Yeganə xanım Əhmədova iştirakçıları salamlayaraq kitabxanada “Oxucularla üz-üzə” silsilə tədbirlərin keçirilməsindən məlumat verdi. Sonra sözü çağdaş dövrün tanınmış ədəbi simalarından olan gənc yazar Günel Eyvazlıya verdi. Günel xanım iştirakçılara öz yaradıcılığı haqqında məlumat verməklə yanaşı fikirlərini də onlarla bölüşdü. Eyni zamanda müəllif ona ünvanlanan sualları cavablandırdı. Günel xanım yeni nəşr edilmiş “İşıq” kitabının bir neçə nüsxəsini kitabxanaya hədiyyə etdi. Tədbirdə nəzərdə tutuldu ki, Günel Eyvazlı ilə növbəti görüş bu kitabın müzakirəsinə həsr edilsin.