SumgaitLibrary

+994 186520087


Kitab səhifələrinə səyahət

16.10.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsi M. Əsədov adına İTTİ gimnaziyanın 4 b sinfində Ümumdünya çörək günü ilə əlaqədar Qəşəm İsabəylinin “Çörək haqqında nəgmələr” kitabı üzrə kitab səhifələrinə səyahət adlı tədbir keçirdi. Tədbiri İncəsənət şöbəsinin əməkdaşı Əliyeva Cəmilə açaraq bu kitab haqqında məlumat verdi.Ümumiyyətlə şagirdlərə çörəyin bir qida olaraq insan orqanizminə xeyrindən danışaraq,onun hər gün yeyildiyini vurğuladı.Sonra isə Qəşəm İsabəylinin “Çörək haqqında nəğmələr” kitabından seirlər oxudu və şağirdləri maraqlandıran suallara cavab verdi.