SumgaitLibrary

+994 186520087


Ekskursiya

15.10.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları Sumqayıt şəhərinin 70 illik yubileyi və 16 oktyabr Ümumdünya Çörək Günü münasibətilə 11 saylı məktəbin 4A sinif şagirdlərinin iştirakı ilə "Sağlam qida" aqrar-sənaye kompleksinə daxil olan çörək istehsalı zavoduna ekskursiya etdilər. Zavodun əməkdaşları uşaqlara ilk olaraq "Sağlam qida" aqrar-sənaye kompleksinin tərkibinə daxil olan çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz haqqında qısa məlumat verdilər. Sonra şagirdlər gündəlik istehsal gücü 150 ton olan, 45 çeşiddə 12 növ çörək məhsulları, un məmulatları istehsal edən və “Çörəkçi” brendi altında satışa çıxarılan çörək zavodu haqqında geniş məlumatı dinləyərək çörəyin bişirilmə texnologiyası və avadanlıqlarla tanış oldular. Zavodda olan təmizlik, gigiyenik qaydalara tam riayət və çeşidlərin müxtəlifliyi tədbir iştirakçılarında xoş təəssürat yaratdı. Gün ərzində bişirilən məhsullar şagirdlərə nümayiş etdirildi. Mərkəzi Uşaq Kitabxanasının əməkdaşı Səbinə Qasımova isə Qəşəm İsabəylinin müqəddəs nemət olan çörəyə hörmət, çörəkçi əməyinə məhəbbətdən bəhs edən “Çörək haqqında nəğmələr” kitabı ilə uşaqları tanış etdi.Tədbirin sonunda şagirdlər gözləri önündə bişən çörək məhsullarından yedilər və hər birinə müxtəlif un məmulatları və çörək çeşidləri olan hədiyyə paketləri təqdim edildi.