SumgaitLibrary

+994 186520087


Şeir dəqiqələri

04.10.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubun kollektivi 34 saylı tam orta məktəbdə Müəllimlər Gününə həsr olunmuş “Mənim ilk müəllimim” adlı şeir dəqiqələri keçirdilər. Tədbir məktəbin 3a sinifinin şagirdləri, həm də kitabxananın oxucuları ilə birgə keçirildi. Tədbiri böyük kitabxanaçı Lazımova Bəturə açıq elan edib hamını salamladı və müəllim günü haqqında məlumat verdi. Sonra söz şagirdlərə verildi. Uşaqlardan Ağazadə Leyla, Hüseynova Aysel, Rzazadə Aylın, Əlizadə Zeynəb, İsmayılzadə Zəhra, Mehdizadə Aytac, Hüseynli Aydan müəllim haqqında şeirlər söylədilər. Tədbir hamının marağına səbəb oldu.