SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

04.10.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi kitabxana 5 saylı orta məktəbdə görkəmli yazıçımız Hüseyn İbrahimovun anadan olmasının 100 illiyi münasibəti ilə “Yaddaşlarda yaşayan ədib” başlığı altında informasiya saatı keçirmişdir.Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananln kitabxanaçısı Gülarə Məhərova açaraq Hüseyn İbrahimovun həyat və yaradıcılığı haqqında qısa məlumat vermişdir. Azərbaycan ədəbiyyatında tarixi və müasir mövzularda yazilmlş bir sıra romanların müəllifi kimi tanınan Hüseyn İbrahimov ədəbi yaradıcılığa 1944-cü ildə “Ədəbiyyat qəzeti”ndə çap olunan “O, düşməndə qoymadı anasının qanını” adlı ilk şeiri ilə başlamışdır. Hüseyn İbrahimov ədəbiyyatımıza bir-birindən maraqlı “Əsrin onda biri”, “Böhtan”, “Ata, qız və Bostonlu Franklin və sairə kimi əsərlər bəxş etmişdir.Sonra isə Abonement şöbəsinin böyük mütəxəssisi Bela Quliyeva Hüseyn İbrahimovun bir neçə kitabının xülasəsini vermişdir. Sonda Gülarə Məhərova tədbirdə iştirak edən bütün şagirdlərə öz təşəkkürünü bildirmişdir.