SumgaitLibrary

+994 186520087


İxtisasçı günü

04.10.2019-cu il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi Müəllim günü ilə əlaqədar “Bütün könüllərin şahı – Müəllim” adlı ixtisasçı günü keçirmişdir. Tədbir 5 saylı məktəbin 1-ci sinfində keçirildi. Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova şagirdlərə müəllim əməyindən bəhs edərək bildirdi ki, bu şərəfli peşədə çalışanlar cəmiyyətimizə, ideallarımıza layiq insan yetişdirmək vəzifəsini qarşısına məqsəd qoyan, öz sənətinin məsuliyyətini bütün ciddiyyəti ilə dərk edən vətəndaşlardır.Belə müəllimlərlə biz öyünür, fəxr edirik. Çünki həqiqi müəllim şagirdə bilik öyrətməklə yanaşı öz gözəl xarakteri ilə mənəvi keyfiyyətlər də aşılayır. Sonra şagirdlər müəllimə həsr edilmiş müxtəlif şeirlər söylədilər.Tədbirdə mövzu ilə bağlı materiallardan ibarət sərgi nümayiş etdirildi.