SumgaitLibrary

+994 186520087


Disput

01.09.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 1 oktyabr Beynəlxalq Ahıllar Günü ilə əlaqədar “Deyirlər çox azdır 100 il,50 il” adlı disput keçirilmişdir. Kitabxana Klubun müdiri Babayeva Zərnigar tədbiri açaraq ahılları bu gün münasibəti ilə təbrik etdi. Kitabxanaçı Kərimova Dilbər məruzə ilə çıxış edərək ölkəmizdə yaşlı vətəndaşların, tənha və kimsəsizlərin daim diqqət və qayğı ilə əhəta olunduqlarını, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması sahəsində dövlətimiz tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini bildirdi. Əlamətdar gün münasibətilə ahıllar üçün çay süfrəsi təşkil olundu. Tədbirdə Sumqayıt şəhər 13 cü mikrorayon ağsaqqallar şürasının sədri Cəfərov Vahid və fəal oxucularımız Muradov Məmmədiyyə, Səfərova Qətibə çıxış edərək öz ürək sözlərini bildirdilər.