SumgaitLibrary

+994 186520087


Görüş

30.09.2019-cu il tarixində S. Vurğun adına Mərkəzi kitabxanada Söz bayramı ilə əlaqədar Əməkdar mədəniyyət işçisi, tanınmış şair, publisist şair Əşrəf Veysəlli və AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin ilə görüş keçirildi. Görüşdə SDU-nun tələbələri, kitabxananın oxucuları iştirak etdi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Yeganə Əhmədova açaraq müəllifləri təqdim etdi və söz bayramı haqqında iştirakçıları məlumatlandırdı. Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Əşrəf Veysəlli – 80” biblioqrafik göstəricisi şairə təqdim olundu. Daha sonra şairlər çıxış etdilər, tədbir iştirakçıları üçün şeirlər səsləndirdilər. SDU-nun tələbələri də müəlliflərin şeirlərindən nümunələr söylədilər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı. Sonda şairlərlə tədbir iştirakçılarının xatirə şəkilləri çəkildi.