SumgaitLibrary

+994 186520087


Poeziya günü

29.09.2019-cu il tarixində incəsənət şöbəsində Sumqayıt şəhərinin 70 illik yubileyi və Sumqayıt yazarlarının poeziya günü ilə əlaqədar tədbir keçirildi.Tədbirin aparıcısı Əliyeva Cəmilə Sumqayıtın yaranma tarixi və Sumqayıt yazarlarının poeziya günü haqqında geniş məlumat verdi.Tədbirdə Sumqayıt ədəbi mühitinin ən istedadlı nümayəndələri iştirak edirdi. Belə ki, onlardan Əməkdar Mədəniyyət işçisi, şair- publisist Əşrəf Veysəlli, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri şair Rafiq Oday, AYB-inin üzvü şair Asif Asiman, hüquqşünas-şair Ədalət Qafarov iştirak edirdilər. Tədbirdə ilk olaraq Əşrəf Veysəlli vətənə və doğma şəhərimizə həsr etdiyi şeirləri söylədi.Sonra şair Rafiq Oday Qarabağa həsr etdiyi və Sumqayıta aid şeirlərin söylədi. Asif Asiman isə Sumqayıta aid və kitabxanaçı xanımlara həsr etdiyi şeirini təqdim etdi. Tədbirdə şairə Pərvanə İlyasova, 26 saylı məktəbin müəlliməsi Şükürova Arzu və onun dərs dediyi 8-ci sinif şagirdləri iştirak edirdilər. Sonda isə şairlər Əşrəf Veysəlli və Rafiq Oday öz yaradıcılığından nümunələri tədbir iştirakçılarının nəzərinə çatdırdılar.