SumgaitLibrary

+994 186520087


Görüş

28.09.2019-cu il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar “Sumqayıt-taleyimin şəhəri” adlı Sumqayıt Ağsaqqalları ilə görüş keçirilib. Görüşdə Veteranlar Birliyi təşkilatının sədri Sovet Şükürov, 12 saylı MİS sahəsinin rəisi, Ağsaqqallar və Veteranlar Şurasının üzvü Tərlan Rufullayev, 41 saylı ərazi üzrə Veteranlar Şurasının sədri Məhəmməd Vəliyev, Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodisti Əlhəddin Paşayev, 1 saylı tam orta məktəb, 14 saylı tam orta məktəbin şagirdləri və kitabxananın oxucuları iştirak ediblər. Tədbiri kitabxananın müdiri Ofelya Qafarova açıq elan edərək bildirib ki, bu il Azərbaycanın ikinci sənaye mərkəzi sayılan Sumqayıtın yaradılmasının 70 illiyi tamam olur. Dövlətimizin başçısı İlham Əliyev bu yubileyin ölkəmizdə geniş qeyd edilməsi haqqında 14 fevral 2019-cu il tarixli sərəncam imzalamışdır. Respublikamızda hər hansı bir şəhərin yubileyinin ölkə miqyasında və ilboyu keçirilməsi barədə belə sərəncam verilməsi nadir hadisədir. Bu, Azərbaycanın sosial-iqtisadi və mədəni həyatında Sumqayıtın xüsusi rol oynadığını bir daha göstərir. Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70–80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılıb, zamanın tələblərinə uyğun texno-logiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilib. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənablarının diqqət və qayğısı nəticəsində Sumqayıt hərtərəfli inkişaf edir. Çıxış edən qonaqlar da bildiriblər ki, bu gün Sumqayıt Cənubi Qafqazın sürətlə böyüyən, gözəlləşən ən müasir şəhəridir. Şəhərin yubileyi ərəfəsində onun hüsnünə zəhməti ilə sığal çəkən sumqayıtlıların xidmətlərini qiymətləndirməmək olmaz. Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçib. Sumqayıt qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınıb, eyni zamanda mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə edib. Sonda şagirdlərin ifasında Sumqayıta həsr olunmuş şeirlər, mahnılar dinlənilib.