SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

28.09.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları 29 sentyabr Ümumdünya Dəniz Günü münasibətilə “Mən sənə heyranam, dəniz” adlı poeziya dəqiqələri keçirdi. Tədbirdə kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova ilk olaraq bu günün təsis olunma tarixi, mahiyyəti və dənizlərin və okeanların insanlar üçün əhəmiyyətindən, sualtı dünyanın sərvətlərindən və həmçinin hər bir Yer planeti sakininin onun qorunması üçün nə edə biləcəyindən, eləcə də ölkəmizin zəngin təbii sərvətlər mənbəyi olan Xəzər dənizi haqqında danışdı. O, ədəbiyytamızda, poeziyamızda dəniz mövzusuna, Xəzərə həsr olunmuş əsərlərdən, mahnılardan söhbət açdı və uşaqları dənizdən bəhs edən bədii və elmi-kütləvi kitablarla tanış etdi. Sonra tədbirin fəal iştirakçıları dənizə həsr edilmiş şeirlər söylədilər.