SumgaitLibrary

+994 186520087


Görüş

22.09.2019-cu il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda Sumqayıtın 70 ilik yubileyi ilə əlaqədar Sumqayıt döyüş məktəbinin təsisçisi, Sumqayıt klubunun baş məşqçisi Rəşad Yaqubov və onun yetirmələri ilə “İdman qələbəyə aparan yoldur” mövzusunda görüş keçirildi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri kitabxananın böyük kitabxanaçısı Şərəf Əliyeva açıq elan edərək idmanla məşğul olmağın faydalarından danışdı.O qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclərin idmanla məşğul olmasına diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin sayəsində uğurla davam etdirilir. İ.Əliyev 1997-ci ilin oktyabr ayından Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyətə başlayandan ölkəmizdə idmanın inkişafı dinamik xarakter aldı və bu sahədə əsaslı dönüşə nail olundu. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını şərtləndirib, idmanın kütləviliyi təmin edilib.Biz idman ictimaiyyətinin nümayəndələri olaraq həmişə dövlətimizin və şəxsən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqət və qayğısını hiss etmişik. Bu diqqət və qayğı bizim üçün əlavə stimul yaradıb. Hər zaman çalırışıq ki, dövlətimizin başçısının inam və etimadını doğruldaq.