SumgaitLibrary

+994 186520087


“Üç yazarla bir görüş”

21.09.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş “Üç yazarla bir görüş” adlı tədbir keçirilmişdir.Tədbirin girişində böyük kitabxanaçı Səadət Allahverdiyeva hamını salamladı, yazarlar Almaz Əliyeva, Gülnarə Cəmallədin, Mənsurə Eldarqızı haqqında oxuculara geniş məlumat verdi. Sonra söz yazarların qələm dostlarına verildi. Rəfiqə Şəms, Məryəm Aslanqızı, Sabir Yusifoğlu, Zirəddin Qafarlı öz ürək sözlərini söylədilər və yeni şeirlərindən nümunələr oxudular. “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək içtimai birliyinin sədri Yeganə Mirzəyeva da çıxışında belə tədbirlərin əhəmiyyətindən danışdı və oxucuları kitabxanalardan səmərəli istifadə etməyə səslədi. Oxucumuz Rasim Soltanov tarda musiqi nömrələri ifa etdi. MKS-in direktoru Yeganə Əhmədova və KK-nın müdiri Zərnigar Babayeva hamıya təşəkkürlərini bildirdilər və belə tədbirlərin əhəmiyyətindən geniş söhbət etdilər. Tədbir iştirakçıları suallarla yazarlara müraciət etdilər.Maraqlı diskussiya şəraitində keçən görüşün sonunda xatirə şəkilləri çəkdirdilər.