SumgaitLibrary

+994 186520087


Biblioqrafik xülasə

21.09.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Oxu zalı 21 sentyabr Beynəlxalq Sülh Günü ilə əlaqədar 3 saylı orta məktəbdə “Sülh inkişafın təməlidir” adlı biblioqrafik xülasə keçirdi. Xidmət şöbəsinin əməkdaşı Məhəmmədova Sevda bu günün tarixindən məlumat verdi, sülhün bəşəriyyət üçün vacibliyindən, eyni zamanda müharibənin dəhşətlərindən söhbət açdı. Mövzu ilə əlaqədar vidoçarx nümayiş olundu. Sonra “Biz sülhün tərəfdarıyıq” adlı sərgiyə xülasə verildi.Tədbir Novruz Gəncəlinin “Ananın səsi” şeirinin səslənməsi ilə başa çatdı.