SumgaitLibrary

+994 186520087


Məruzə

18.09.2019-cu il tarixində Gənclər kitabxanasının təşkilatçılığı ilə 16 saylı tam orta məktəbdə “Sülh aylığı” çərçivəsində “Dünyanın Qarabağ qətli” adlı məruzə keçirilmişdir. Tədbirdə multimediya mütəxəssisi S.Əbdürrəhmanova çıxış edərək dünya ölkələrinin yekdil qərarı ilə əlamətdar gün kimi qəbul edilmiş Beynəlxalq Sülh Gününün əhəmiyyətini diqqətə çadırmış, qeyd etmişdir ki, sülh günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, cəmiyyətdə, ictimaiyyətdə münasibətləri sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir imkandır. 21 avqust - 21 sentyabr tarixlərində elan olunan, ənənəvi xarakter daşıyan “Sülh aylığı” da əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarının təbliğinə xidmət edir. S.Əbdürrəhmanova xüsusilə vurğuladı ki, Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü qeyd etməsi təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqdadır.