SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

14.09.19-cu ildə Nizami Gəncəvi adına Kitabxana Klubda dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ”Nəsimi və Azərbaycan ədəbiyyatı” adlı dəyirmi masa keçirilmişdir.Tədbir AYB-nin Sumqayıtr bölməsi və”Cığır” mənəvi dəyərlərlərin inkişafına dəstək içtimai birliyi ilə birlikdə hazırlanmışdır.Böyük kitabxanaçı Səadət Allahverdiyeva hamını salamladı,ölkə Prezidentinin Nəsiminin 650 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamdan geniş söhbət açdı və ”Bizim yubilyarlar” sərgisi haqqında iştirakçılara geniş məlumat verdi.Sərgidə Nəsiminin həyatı,yaradıcılığını əks etdirən kitab,qəzet,jurnal materialları öz əksimi tapmışdır.Sonra söz sumqayıtlı yazarlar Gülnarə Cəmaləddin və Mənsurə Eldarqızına verildi.Onlar şairin yaradıcılığı haqqında oxuculara geniş məlumat verdiləır.”Cığır”ın üzvləri, kitabxanmızın fəal oxucuları Əhmədova Jalə, Babayeva Məxfurə, Bayramov Ömər, Quliyeva Jalə Nəsiminin qəzəllərindən nümunələr söylədilər. Məmmədli Əlisəfa və Bayramov Ömər Nəsimi yaradıcılğından bir parçanı səhnələşdirilmiş şəkildə nümayiş etdirdilər.