SumgaitLibrary

+994 186520087


Məruzə

14.09.2019-cu il tarixində Gənclər Kitabxanasında oxucu fəallarının iştirakı ilə “Əsrin müqaviləsi”nin 25-ci ildönümü ilə əlaqədar “Əsrin uğur salnaməsi” adlı məruzə keçirilmişdir. Multimediya mütəxəssisi S.Əbdürrəhmanova tədbirdə 1994-cü il sentyabrın 20-də ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi nəticəsində Bakıda transmilli neft şirkətləri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının neft ehtiyatlarının birgə işlənməsini nəzərdə tutan “Əsrin müqaviləsi”nin imzalanmasının tarixi əhəmiyyətindən söz açılıb. Vurğulanıb ki, “Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. S.Əbdürrəhmanova onu da bildirib ki, ümummilli liderin müəllifi olduğu yeni neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman fədakar neftçi əməyinə xüsusi qiymət verib, neft sənayesi işçilərinə böyük diqqət yetirib və ötən müddətdə genişmiqyaslı islahatların aparılmasına, sənayenin şaxələndirilməsinə xüsusi təkan verib.