SumgaitLibrary

+994 186520087


Məlumat günü

11.09.2019-cu il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi 43 saylı uşaq bağçası ilə birlikdə Beynəlxalq Sülh Günü ilə əlaqədar “Sülh –balaların gülüşü, qəhqəhəsidir” adlı məlumat günü keçirmişdir. Tədbir 43 saylı uşaq bağçasının məktəbəqədər qrupunda keçirildi. Uşaq şöbəsinin multimedia mütəxəssisi G.Həsənova əlamətdar gün haqqında uşaqlara geniş məlumat verərək xalqımıza sülh və əmin-amanlıq kimi xoş arzularını bildirdi. Sonra “Qoy həmişə günəş olsun” başlığı altında təşkil edilmiş sərgi və fonda yeni daxil olmuş nağıllarla onları tanış etdi. Uşaqlar Vətənə, sülhə həsr edilmiş müxtəlif şeirlər söylədilər, “Azərbaycanım” və “Sülh” mahnılarını xorla oxudular. Tədbir uşaqların böyük marağına səbəb oldu. Məktəbəqədər qrupun tərbiyəçisi İlhamə Məmmədova Uşaq şöbəsinin əməkdaşlarına öz minnətdarlığını bildirdi.