SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
İnformasiya saatı
07.09.2019-cu il tarixində Gənclər Kitabxanasında oxucu fəallarının iştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə “Böyük ədib, qüdrətli satirik, xalqın müəllimi” adlı informasiya saatı keçirilmişdir.Tədbiri giriş sözü ilə açan mutimediya mütəxəssisi S.Əbdürrəhmanova ölkə başçısının Sərəncamına əsasən respublikamızda, o cümlədən kitabxanamızda da görkəmli yazıçının yaradıcılığına həsr olunan silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki,“Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və ədəbi məktəb yaratmış qüdrətli şəxsiyyətdir. Milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”. S.Əbdürrəhmanova bildirib ki, dahi yazıçı "Molla Nəsrəddin" jurnalının nəşri ilə Azərbaycanda tənqidi realizmin, satirik jurnalistikanın və karikatura sənətinin əsasını qoyub. Mirzə Cəlil bu jurnal vasitəsilə öz vətəninin, millətinin irəli getməsi uğrunda fəaliyyət göstərib.