SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

29.08.2019-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında nasir, Xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illiyi ilə əlaqədar oxucuların iştirakı ilə “Bir ömrün ədəbi izi” adlı ədəbiyyat saatı keçirilmişdir. Kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova yazıçının yaradıcılığından söhbət açaraq bildirdi ki, Hüseyn İbrahimov Azərbaycan ədəbiyyatında əvəzsiz xidmətləri olan yazarlarımızdan biridir. O yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən olan H.İbrahimov hekayə, povest, roman və pyesləri ilə müasir ədəbiyyatımızın inkişafına mühüm töhfələr verib. Sonra Səbinə Qasımova ədibin yaradıcılığında xüsusi yeri olan “Ana ürəyi” hekayəsini nəql etdi və oxucularla hekayənin məzmun və mövzusu haqqında sual-cavab etdi. Sonda görkəmli yazıçının həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirildi.