SumgaitLibrary

+994 186520087


Ekskursiya

26.08.2019-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasına Nako Edu Club tədris mərkəzinin bir qrup şagird və müəllim heyəti tərəfindən ekskursiya edildi. Kitabxananın multimedia mütəxəssisləri Elza Həsənova və Səbinə Qasımova balacaları kitabxana qaydaları ilə tanış etdi, onlara kitabın insan həyatında böyük əhəmiyyət kəsb etdiyi məqamlar haqqında geniş məlumat verdi, daimi sərgilər ilə onları tanış etdilər. Daha sonra onlar, balacalara Şarl Perronun “Qırmızıpapaq” nağılının kuklalar vasitəsilə nağıl tamaşasını göstərdilər. Sonra uşaqları kitabxananın “Nağıl guşəsi”inə dəvət edən Səbinə Qasımova onları burada yaradılan şəraitlə də tanış etdi, balacalara uşaqların əl işləri, tarixi keçmişimizə aid olan maddi-mədəniyyət nümunələri haqqında məlumat verdi. Kitabxana ekskursiyaya gələn hər bir uşağın böyük marağına səbəb oldu. Sonda Nako Edu Club tədris mərkəzinin müəllimələri Humay Quliyeva, Rəna Quliyeva və Arzu Nəbiyeva maraqlı və yaddaqalan tanışlığa görə kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirdilər.