SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
İnformasiya saatı
24.08.2019-cu il tarixində Gənclər Kitabxanasında Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar “Talanan yurd yerlərimiz” adlı informasiya saatı keçirilmişdir. Kitabxana müdiri Sona Eminova işğal altında olan hər üç rayonumuzun tarixi, maddi-mənəvi irsi haqqında söhbət açmış, qeyd etmişdir ki, digər işğal edilmiş ərazilərdə olduğu kimi, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarında da Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi, saxtalaşdırılması, vandalizmə məruz qoyulması və xarakterik xüsusiyyətlərinin dəyişdirilməsi həyata keçirilir. Onların arasında Füzuli şəhərinin yaxınlığında e.ə. III minilliyə aid Qaraköpəktəpə arxeoloji abidələri, Aşağı Veysəli kəndindəki XIII-XIV əsrlərə aid Mirəli türbəsi, Qarğabazar kəndindəki XVII əsrə aid məscid, karvansara və sair qeyd oluna bilər. Cəbrayıl rayonu ərazisində isə Araz çayı üzərində XI-XIII əsrlərdə inşa edilən dünya əhəmiyyətli Xudafərin körpü abidələri, habelə Dağ Tumas kəndindəki XIII-XIV əsrlərə aid türbə, Cəbrayıl şəhərinin yaxınlığında orta əsrlərə aid qəbiristanlıq və sair abidələr dağıntılara və talana məruz qalıb.