SumgaitLibrary

+994 186520087


Diskussiya

21.08.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi kitabxana mənəvi tərbiyənin təbliği ilə əlaqədar Qanunun Aliliyi Hüquq Resurs Mərkəzində “Mənəviyyat və ailə dəyərləri” adlı diskussiya keçirdi. Tədbirdə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva və ekspert Gülgəz Abasquliyeva ailə mədəniyyəti və ailə dəyərlərindən bəhs etdilər. Onlar vurğuladılar ki, ailə dəyərlərinin kütləvi tədbirlər vasitəsilə təbliği ailələrin qorunub-saxlanılmasında, ailə problemlərinin həllində, eləcə də ailənin bir mərhələdən digər mərhələyə keçidi zamanı yaranan gərginliklərə dözümlülüyün artırılmasında mühüm rola malikdir. Tədbirdə ekspertlər eyni zamanda iştirakçıların fikirlərini dinləməklə onların suallarını da cavablandırdılar.