SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

21.08.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda yazıçı Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş “Cəlil Məmmədquluzadə və Azərbaycan ədəbiyyatı” adlı ədəbi-bədii gecə keçirilmişdir. Böyük kitabxanaçı Səadət Allahverdiyeva tədbiri açaraq hamını salamladı. Sonra söz oxuculara verildi.Yay məktəbinin uşaqları Sarıyeva Aysel,Əhmədova Qızılgül yazıçının həyatı, yaradıcılığı, keçdiyi ömür yolu haqqında geniş məruzə ilə çıxış etdilər.”Bizim yubilyarlar” başlıqlı sərginin geniş xülasəsi verildi.Həmçinin mövzu ilə bağlı videoçarx nümayiş olundu. Oxucular ”Danabaş kəndinin əhvalatları” əsərindən bir hissəni də səhnələşdirilmş şəkildə nümayiş etdirdilər. Tədbir oxucuların marağına səbəb oldu.