SumgaitLibrary

+994 186520087


Əyləncə saatı

14.08.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi N.Nərimanov adına parkda Sumqayıtın 70 illiyi və uşaq şöbəsinin 50 illiyi ilə əlaqədar “Mütaliə və əyləncə çəməni” adlı əyləncə saatı keçirdi. Əvvəlcə fəal oxucu Ulduz Quliyeva tərəfindən iştirakçı uşaqların üzündə üzboyama (Fase art) ilə müxtəlif yaradıcılıq nümunələri işləndi. İlk əvvəl tədbirin keçirilməsinin məqsədi maraq göstərən şəhər sakinlərinə bildirildi.Tədbirə yeni qatılan uşaqlarla birlikdə ucadan oxu keçirilərək oxunan kitablara aid verilən suallar cavablandırıldı. Daha sonra uşaqlardan ibarət iki komanda ayıraraq “ Şən startlar “ adlı oyun keçirildi.” Sumqayıt -70” və “Uşaq Şöbəsi -50 “adlı komandalarının gərgin oyunu bərabər hesabla sona yetdi.Tədbir boyu yaşılllığın qoynunda uşaqlar həmçinin domino, şahmat və qədim oyunlarımızdan olan “Beş daş” adlı oyunlar oynadı.Tədbirdə “Kitabla yay”, “Mütaliəni dəb edək” başlığı altında təşkil edilmiş sərgiylə tanış olan şəhər sakinlərinə kitabxanaya üzv olmaq barədə məlumat verildi.