SumgaitLibrary

+994 186520087


Məruzə

07.08.2019-cu il tarixində Gənclər kitabxanasında oxucu fəallarının iştirakı ilə “Erməni işğalı və ekoloji fəlakət” adlı məruzə keçirilmişdir.Tədbirdə böyük mütəxəssis Bağırova Rəhilə çıxış edərək Azərbaycanın işğal olunmuş 20 faiz ərazisində 1988-1993-cü illər ərzində düşmənin həyata keçirdiyi vandalizm siyasəti nəticəsində təbiətə, bioloji müxtəlifliyə, bütövlükdə, regionun ekoloji durumuna vurulmuş ciddi ziyanla yanaşı, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlardan söhbət açmış, dünya ictimaiyyətinin, bütün beynəlxalq təşkilatların, o cümlədən BMT, AŞ, ATƏT kimi nüfuzlu qurumların bundan xəbərdar olmasını diqqətə çatdıran R.Bağırova meşələrin, bağların, nadir ağac növlərinin kütləvi şəkildə qırılmasından, yeraltı sərvətlərin vəhşicəsinə talan edilməsindən, işğal altındakı ərazilərdə radioaktiv kimyəvi maddələrin basdırılmasından, mədəniyyət abidələrinin dağıdılmasından danışmışdır.