SumgaitLibrary

+994 186520087


Nağıl-tamaşa

31.08.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında yay tətili günlərdə uşaqların asudə vaxtlarının səmərəli və şən təşkili məqsədilə bir qrup fəal oxucunun və valideynlərin iştirakı ilə Azərbaycan, rus və dünya xalq nağıllarının motivləri əsasında hazırlanmış “Yayın nağıl çələngi” adlı nağıl-tamaşa keçirildi. Tədbirin əvvəlində kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova uşaqları kukla teatrının tarixi, teatral kuklaların növləri (əlcək, qamış, baqmaqcıqlı və əl kuklaları) və Mərkəzi Uşaq Kitabxanasında 2017-ci ildən xalqımızın qədim tarixindən, onun ictimai mədəni həyatından, istək və arzularından xəbər verən folklorumuzun ən yaxşı nümunəsi olan Azərbaycan xalq nağıllarını yaşatmaq, həmçinin digər xalqların milli mənəvi dəyərlərinə hörmət hissi oyatmaq, dünya folklorunun ən gözəl nümunələrini uşaqlara tanıtmaq, sevdirmək məqsədilə fəaliyyətə başlamış “Qoğal” kukla teatrının yaradılmasının məqsəd və vəzifələri haqqında məlumat verdi. Sonra o, “Qoğal”, “Qırmızıpapaq” və V.Suteyevin “Kim “myau” dedi “ nağılları əsasında səhnələşdirdiyi kukla tamaşasını nümayiş etdirdi. Xüsusi dekorasiya ilə bəzədilmiş oxu zalında təqdim edilən kukla tamaşası tədbir iştirakçıları tərəfindən maraqla izlənildi və alğışlandı. Tamaşanın sonunda Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi və qeyd etdi ki, kitabxana daima uşaqların maariflənməsinə, kitaba və mütaliəyə marağın artırılmasına çalışır: “Məhz bugünkü kukla tamaşasının da təşkil olunmasında əsas məqsədlərdən birincisi dünya və Azərbaycan nağıl qəhrəmanları ilə azyaşlılarımızı tanış etməkdir”.