SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

25.07.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Kitabxana Klubda Azərbaycan Xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illiyi ilə əlaqədar “Görkəmli simalar ustası” adlı informasiya saatı keçirilmişdir.Böyük kitabxanaçı D.Ağakişiyeva yazıçının həyat və yaradıcılığı haqqında məlumat verərək qeyd etdi ki, H.İbrahimov səmərəli ədəbi fəaliyyəti ilə Azərbaycan ədəbiyyatında tarixi və müasir mövzularda yazılmış bir sıra romanların müəllifi kimi tanınır.Yazıçı Azərbaycan nəsrinin sanballı xidmətləri olan söz sənətkarlarından biridir. Bir çox görkəmli simaların, işıqlı obrazların müəllifidir. “Əsrin onda biri” əsərindəki hadisələr açıqlanaraq bir daha qeyd edildi ki, müəllif o dövrün – XII əsrin sonu XIII əsrin əvvəli –mürəkkəb sosial-siyasi mənzərəsini, eləcə də Azərbaycan atabəylərinin ədəbiyyat və incəsənətin inkişafındakı xidmətlərinin təsvirinə, xüsusən memar Əcəmi Naxçivaninin fəaliyyətinə geniş yer verilmişdir. Müəllifin “Seçilmiş əsərləri”nə daxil olan hekayələr haqqında da qısa xülasə verildi. Tədbir oxucuların marağına səbəb oldu.