SumgaitLibrary

+994 186520087


Şifahi məlumatlandırma

23.07.2019-cu il tarixində Gənclər kitabxanasında Ağdamın işğal günü ilə əlaqədar “Göl üstə sonam ağlar” adlı şifahi məlumatlandırma keçirilmişdir.Tədbirdə çıxış edən böyük mütəxəssis Bağırova Rəhilə Ağdam şəhərinin tarixi, orada yerləşən mədəniyyət abidələri, təbii resursları haqqında oxuculara geniş məlumat verdi və vurğuladı ki, ölkə başçısının rəhbərliyi ilə tezliklə torpaqlarımız geri qaytarılacaq, qaçqın və məcburi köçkünlərimiz öz ata-baba yurdlarına geri dönəcəklər.