SumgaitLibrary

+994 186520087


Xeyriyyə tədbiri

22.07.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi Qızıl Aypara cəmiyyəti Sumqayıt təşkilatı ilə birgə Sumqayıtın 70 illiyi və Uşaq şöbəsinin 50 illiyi ilə əlaqədar “Sevgiylə paylaşaq” adlı xeyriyyə tədbiri keçirmişdir. Tədbirdə QAC Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmova, yazıçı-ssenarist Hafiz İmamnəzərli, S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq Şöbəsinin müdiri Yeganə Hüseynova və böyük kitabxanaçı Zübeydə Məmmədova çıxış edərək bildirmişdilər ki,xeyirxahlıq, mərhəmət və humanizm insanı daxilən saflaşdıraraq başqalarının gözündə ucaldan, insanlığın zinətinə çevirən ali dəyərlərdən sayılır. Sonda 12 imkansız ahıla sovqat hədiyyə olundu. Sumqayıtın sosial-iqtisadi inkişafında xidmətləri olan ahıllar bu xeyirxah addıma dəyərli missiyaya görə təşəbbüskarlara və təşkilatçılara minnətdarlığını bildirdilər.