SumgaitLibrary

+994 186520087


Təqdimat

22.07.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları Azərbaycan Milli Mətbuatı və Jurnalistikası Günü ilə əlaqədar öz fəal oxucuları və 21 saylı körpələr evi-uşaq bağçasının məktəbəqədər qrupu ilə “Uşaq mətbuatı nümunələrimiz” adlı uşaq jurnallarının təqdimatını keçirdilər. Kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova ilk öncə uşaqlara bu günün təsisi olunma tarixi, XX əsrin əvvəllərində formalaşmağa başlamış, dövrümüzə qədər böyük bir inkişaf yolu keçmiş, gənc nəslin tərbiyəsində mühüm rol oynamış və milli mətbuatımızın tərkib hissəsi olan Azərbaycan uşaq mətbuatı orqanlarımızın tarixi və bu günü ilə bağlı qısa məlumat verdi. O, uşaqlara mənəvi dəyərləri aşılamaq, onlarda vətənə, torpağa, təbiətə sevgi hissi formalaşdırmaq əsas qayəsi olan Azərbaycan uşaq mətbuatının ən yaxşı nümunələrindən “Göyərçin”, “Elli”, “Bala dili” , “Yuva”, “Göy qurşağı”, “Sehrli dünya” ilə də uşaqları tanış etdi. Sonra balacalara V.Suteyevin “Alma”, “Göbələk” nağıllarını oxudu.