SumgaitLibrary

+994 186520087


Mətbuat xülasəsi

22.07.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar olaraq ”Milli varlığımızı ucaldan söz” adlı mətbuat xülasəsi keçirilmişdir. Multimedia mütəxəssisi Qurbanova Şeyda tədbirdə milli mətbuatımızın yaranma tarixindən, keçdiyi inkişaf yolundan, bugünkü uğurlarından, ümummilli lider Heydər Əliyevin mətbuat işçilərinə göstərdiyi diqqət və qayğıdan, ulu öndərin bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatına yaxından kömək göstərməsindən söz açmışdır. Dövri mətbuatda dərc olunan məqalələrdən oxuculara mətbuat xülasəsi vermişdir.