SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

21.07.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Amerika yazıçısı Ernest Heminqueyin 120 illiyi ilə əlaqədar “XX əsrin görkəmli Amerika yazıçısı” adlı ədəbiyyat saatı keçirilmişdir.Tədbirdə böyük kitabxanaçı Ağakişiyeva Dilarə oxuculara yazıçının həyat və yaradıcılığından geniş məlumat verərək qeyd etdi ki, yazıçı əsərləri ilə Amerika ədəbiyyatının şöhrətini bütün dünyaya yayan söz ustadlarından biridir. Görkəmli yazıçı əsərləri ilə yanaşı,həm də macəralarla dolu qeyri-adi həyatı ilə tanınır.Tədbir iştirakçılarından Səmədova Zeynəb,Qəribova Şərqiyyə, Aslanov Hüseyn, Şıxəliyeva Aytən, Məhərrəmova Zülfiyyə Ernest Heminqueyin fərqli yazı üsulundan, dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrin məzmunundan danışdılar. Bir daha qeyd edildi ki,müharıbənin barışmaz düşməni, xüsusən də faşizmə qarşı qətiyyətli mövqeyi ilə taninan yazıçı dünya ədəbiyyatına “Əcəl zəngi”, ”Əlvida silah” kimi romanlar, ona dünya şöhrəti qazandiran “Qoca və dəniz” povesti və onlarca digər əsərlər bəxş etmiş və bu əsərlər bu gün də oxucular tərəfindən böyük maraqla oxunulur.