SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

03.07.2019-cu il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda MKS-in əməkdaşlarının iştirakı ilə UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində “Mədəni irsimizi qoruyaq” başlığı altında dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə S.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova açaraq, mədəni irsimiz haqqında,mədəni irsimizin qorunmasının Azərbaycan dövlətinin siyasətinin əsas məqsədlərindən olmasından söhbət açdı .Sonra dəyirmi masanın iştirakçıları mədəni irsimiz, maddi və qeyri-maddi mədəni irsimizin dünyada tanınması, qorunması mövzusunda müzakirələr apardılar.