SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

02.07.2019-cu il tarixində Gənclər Kitabxanasında oxucu fəallarının iştirakı ilə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Milli mənəvi irsimiz və gənclik” adlı dəyirmi masa keçirilmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə çıxışı zamanı milli ideologiyanın, tarixin, dilin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, milli özünüdərkin, ailənin, milli musiqimizin və folklorumuzun xalqın yaddaşı olduğunu bildirib.Qeyd edib ki, milli mənəvi dəyərlər mədəniyyətimizin bir hissəsidir. O, Azərbaycan xalqının milli-mənəvi zənginliklərinin yaşadılması və inkişaf etdirilməsində məhz ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb. Eyni zamanda Avropanın və Qərbin mütərəqqi inkişaf meyillərini mənimsəməklə yanaşı, milli-mənəvi, dini dəyərlərimizi qorumağı, ona sadiq qalmağı hər bir gəncin üzərinə düşən vəzifə olduğunu söyləyib. Tələbələrdən Mustafazadə Ləman, Əsədova Aytac, Cavadova Zeybə, Kərimova Röya və başqalarının çıxışlarında milli mənəvi dəyərlərimizin qorunması, təbliği sahəsində görülən işlər barədə geniş məlumat verilmiş, müzakirələr aparılmışdır. Gənclər xalqımızın milli mənəvi dəyərlərinə zidd olan halların daxil olmasının yolverilməzliyini qeyd etmiş, bu dəyərlərə cavab verməyən bəzi televiziya verilişlərini, internet portallarını da mənfi hal kimi qiymətləndirmiş, rəy və təkliflərini söyləmişlər. Dəyirmi masada milli-mənəvi dəyərlərimizin yaşadılmasında, onun təbliğində genişmiqyaslı fəaliyyəti ilə xalqın rəğbətini qazanmış Heydər Əliyev Fondunun bu sahədə böyük uğurlara imza atdığı da xüsusi vurğulanıb.