SumgaitLibrary

+994 186520087


Məruzə

01.07.2019-cu il tarixində Gənclər kitabxanasında oxucu fəallarının iştirakı ilə Azərbaycan Polisi günü ilə əlaqədar “Dövlətçiliyin etibarlı dayağı” adlı məruzə keçirilmişdir. Multimedia mütəxəssisi Sürəyya Əbdürrəhmanova çıxış edərək demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixdə imzaladığı Fərmanla iyulun 2-nin «Azərbaycan Polisi günü» elan etdiyini, ölkəmizdə polis tarixinin dövlətçiliyin tarixi ilə sıx bağlı olduğunu, bütün xalqımız kimi polisin də ilk Demokratik Cumhuriyyətimizin yaranmasını və tənəzzülünü, sovet dövrünü, II Dünya müharibəsinin fəlakətlərini öz taleyində yaşadığını bildirib. Qeyd edib ki, 1988-ci ildə Ermənistanın hərbi təcavüzünə qarşı ilk olaraq rəşadətlə döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub. O, ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayıb.