SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

25.06.2019-cu il tarixində Gənclər Kitabxanasında oxucu fəallarının iştirakı ilə Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar, yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə “Sağlam gənclik üçün Narkomaniyaya yox deyək” adlı informasiya saatı keçirilmişdir. Multimediya mütəxəssisi Surayya Əbdürrəhmanova çıxış edərək, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu qeyd edib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən problemlərdən biri olduğunu bildirib, narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.