SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

24.06.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin üzvləri, kitabxanamızın fəal oxucuları üçün Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimova həsr olunmuş ”Mən şəhid oldum ki, Vətən yaşasın” adlı informasiya saatı keçirilmişdir. Böyük kitabxanaçı Səadət Allahvrerdiyeva tədbiri açaraq hamını salamladı, şəhid haqqında oxuculara geniş məlumat verdi. ”Cığır”ın üzvləri Bayramova Xədicə, Bayramov Ömər, Əhmədova Jalə, Məmmədov Rəsul şairə Fəridə Ləmanın Mübaiz İbrahimova həsr olunmuş “Təəssüb” poemasından parçalar söylədilər. Məmmədov Əlisəfanın tarda müşayəti tədbirə rəng qatdı. ”Qarabağ silinməyən dərdimiz” başlıqlı sərginin də xülasəsi verildi.