SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

24.06.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək içtimai birliyinin üzvləri ilə birlikdə ”Oxuduğum kitablar haqqında düşüncələrim” adlı dəyirmi masa keçirilmişdir. Böyük kitabxanaçı Səadət Allahverdiyeva tədbiri açaraq hamını salamladı və oxu vərdişləri ,kitabın həyatımızdakı rolu, oxucuların kitabxanalara cəlb edilməsi haqqında fikirlərini söylədi.Sonra söz oxuculara verildi. Onlar ay ərzində oxuduqları kitablar haqqında məlumat verdilər və fikir mübadiləsi apardılar. Daha sonra oxuduqları kitablardakı personajları ağ vərəq üzərində çəkdilər. Dəyirmi masa maraqla qarşılandı.