SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

24.06.19-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin uşaqları üçün Sumqayıtın 70 illiyinə həsr olunmuş ”Mənim doğma şəhərim” adlı ədəbi-bədii gecə keçirilmişdir. Böyük mütəxəssis Səadət Allahverdiyeva tədbiri açaraq hamını salamladı, mövzu ilə bağlı oxuculara məlumat verdi. Sonra söz “Cığır”ın uşaqlarına, kitabxanamızın fəal oxucularına verildi. Bayramova Xədicə ”Sumqayıt dünənin, bu günün, sabahın şəhəri” başlıqlı məruzə etdi.Babayeva Məxburə,Babayev Əli, Sultanlı Mələk, Məmmədov Rəsul, Əhmədova Jalə, Bayramov Ömər, Məmmədova Zümrüd şairlərdən Fikrət Sadığın “Sumqayıt”, Hafiz Baxışın ”Sumqayıt ”, Məmməd Namazın ”Xoşbəxt şəhərim”, Əli Nəcəfxanlının ”Sumqayıt” şeirlərini söylədilər. Kitabxanaçı “Sumqayıt –Taleyimin şəhəri” başlıqlı sərginin xülasəsini verdi. Sərgidə Sumqayıtla bağlı kitab, qəzet, jurnal materialları öz əksini tapmışdır. Mövzu ilə əlaqədar videoçarx da izlənildi.Sonda KK-nın müdiri Zərnigar Babayeva hamıya təşəkkürünü bildirdi, müştərək tədbirlərin maraqlı olması üçün çalışdıqlarını vurğuladı