SumgaitLibrary

+994 186520087


Diskussiya

18.06.2019-cu il tarixində S. Vurğun adına Mərkəzi kitabxana İnsan hüquqları Günü ilə əlaqədar Qanunun Aliliyi Hüquq Resurs Mərkəzində “İnsan hüquqları və azadlıqları” adlı diskussiya keçirdi. Tədbirdə Mərkəzi kitabxananın, Şəhər Mədəniyyət Evinin əməkdaşları və kitabxananın oxucuları iştirak etdi. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq 18 iyun – İnsan hüquqları günü ilə əlaqədar iştirakçıları məlumatlandırdı. Vurğuladı ki, ölkəmizdə insan hüquqları, insanların maddi və mənəvi təminatı ən yüksək dəyərlər sırasındadır və dövlətimiz tərəfindən tam qorunur. Tədbirdə hüquqşünas Ruslan Mustafayev, hüquqşünas Əsabəli Mustafayev insan hüquqları ilə bağlı geniş məlumat verməklə yanaşı, iştirakçıların suallarını da cavablandırdılar.