SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

18.06.2019-cu il tarixində Gənclər kitabxanasında İnsan Hüquqları Aylığı çərçivəsində oxucu fəallarının iştirakı ilə “Sənin hüququn, sənin həyatın” adlı dəyirmi masa keçirilmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğunu vurğulayıb. Ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi iştirakçıların diqqətinə çatdırmış, həmçinin respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan, bu sahədə əldə edilmiş nailiyyətlərdən, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsindən, tolerantlıq, multikulturalizm, islam həmrəyliyi ideyalarının dünyaya yüksək səviyyədə çatdırılmasından və Azərbaycanda multikultural dəyərlərə böyük hörmətlə yanaşılmasından bəhs etmişdir. Tədbirin yekununda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı, maraqlı təkliflər dinlənildi.