SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

17.06.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 16 nömrəli tam orta məktəbin 4A sinif şagirdlərinin iştirakı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları günü” adlı dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova əvvəlcə insan hüquqlarından danışaraq bildirdi ki, insan hüquqları sahəsində ölkəmizdə atılan mühüm addımlar, Ümummilli lider Heydər Əliyevin bu sahəyə verdiyi önəm və aparılan ardıcıl islahatlar öz töhfəsini verib. Daha sonra qeyd olundu ki, respublikamızda insan hüquq və azadlıqlarının qorunmasının əsası Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan müddəalarla qoyulub. Həmçinin İnsan hüquqlarından bəhs edən sərgi haqqında tədbir iştirakçılarına məlumat verildi. Tədbirin sonunda 16 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Təranə Səmədova bu cür tədbirlərin həyata keçirilməsinin vacib olduğunu bildirərək kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirdi.