SumgaitLibrary

+994 186520087


Kitab müzakirəsi

13.06.2019-cu il tarixində Gənclər Kitabxanasının təşkilatçılığı ilə 16 saylı tam orta məktəbdə İ.Şıxlının 100-cü ildönümü ilə əlaqədar “Bədii mötəşəmliyin - “Dəli Kür”ün dil poetikası” adlı kitab müzakirəsi keçirilmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə İsmayıl Şıxlının həyat və yaradıcılığı haqqında məlumat vermiş, qeyd etmişdir ki, millilik İ.Şıxlı yaradıcılığı üçün ən böyük göstəricidir. “Dəli Kür” Kürün, təbiətin dəliliyinin ifadəsi yox, milli-tarixi kimliyin, mənəvi-ruhi haqqın hayqırtısıdır. Millilik İ.Şıxlı yaradıcılığı üçün ən böyük göstəricidir. R.Bağırova vurğulamışdır ki, millilik atributları əsərdə bəsit yox, çoxşaxəli formada təqdim olunur. Sovet ideologiyasının milli ideologiyalar üzərinə kölgə saldığı dövrdə belə bir əsərin yazılması milli ruhun təntənəsi idi. Sonra şagirdlər tərəfindən “Dəli Kür” romanındakı müxtəlif obrazların təhlili verilmişdir. Mürəkkəb hadisələrlə, müxtəlif psixoloji obrazlarla zəngin olan əsərdə şagirdlər əsasən Cahandar ağa, Mələk, Əşrəf, Pakizə, Rus Əhməd, Salatın, Zərnigar xanım, Şamxal, Mola Sadıq və digər obrazların romandakı yeri və rolu barədə fikir mübadiləsi aparmışlar. Sonra 16 saylı məktəbin kitabxana müdiri Sudakət Əliyeva “Dəli Kür” romanında obrazların dili haqqında danışmış, qeyd etmişdir ki, Cahandar ağa daha dolğun, daha ümumiləşmiş obraz təsiri bağışlayır. Belə bir obrazın dili, heç şübhəsiz ki, zənginliyi,özünəməxsusluğu ilə seçilməlidir. Hər bir obrazın real həyatdan götürüldüyünü söyləyən S.Əliyeva İsmayıl Şıxlının məhz bu roman vasitəsilə azərbaycanlıların mərd, mübariz obrazını yaratdığını vurğulamışdır.