SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Şeir dəqiqələri
21.05.2019-cu il tarixində Gənclər kitabxanasının təşkilatçılığı ilə 38 saylı tam orta məktəbdə Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, Tatar süvari alayının imamı Məhəmməd Hadinin 140-cı ildönümü ilə əlaqədar “Hüriyyət, Millət və İstiqlal təşnəsi” adlı şeir dəqiqələri keçirilmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə M.Hadinin həyat və yaradıclığı haqqında məlumat vermiş, qeyd etmişdir ki, bütün varlığı ilə millətini, vətənini sevən və onun istiqlalı üçün çalışan Hadinin milli ruhlu şeirlərində millətin, vətənin istiqbalına, tərəqqisinə, azadlığına böyük və sonsuz ümid, inam var idi. R.Bağırova vurğuladı ki, Azərbaycançılığın ilk carçılarından hesab edilən M.Hadi əsərlərində milli istiqlal ideyasını tərənnüm edərək, millət, vətən və islam kimi müqəddəs dəyərləri cəmiyyətə aşılayıb. Görkəmli şair ümumidən xüsusiyə, mücərrədlikdən konkretliyə doğru meyil edərək, Azərbaycan türklərinin milli istiqlal şairi kimi tarixə adını yazdırmağı bacarıb. Sonra söz şagirdlərə verildi. Şagirdlərdən Rüstəmova Mahirə, Balakişiyev Qüdrət, Həşimov İlkin, Əsədova Nəzrin və b. M.Hadinin şeirlərini söylədilər. Tədbir maraqlı və yaddaqalan oldu.