SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

19.05.2019-cu il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda nasir, dramaturq, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyevin anadan olmasının 105 illik yubileyi ilə əlaqədar olaraq ədəbiyyat saatı keçirilib. Kitabxananın böyük kitabxanaçısı Şərəf Əliyeva yazıçının həyat və yaradıcılığından geniş söhbət açaraq bildirib ki, görkəmli ədibin çoxcəhətli yaradıcılığında onun dramaturgiyası qırmızı xətlə keçir və bu səhnə əsərləri son 70 il ərzində ölkəmizin apa-rıcı teatrlarının repertuarının əsasını təşkil edir. Əsərlərində daxili bütövlük, mənəvi zən-ginlik zahiri çirkinliyə qalib gəlir. “Gözlənilməyən sevgi”nin gözlənilənliyini yazıçı ustalıqla, açıq mövqe bildirmədən təsvir edir. Şərəf Əliyeva Azərbaycan ədəbiyyatında heç bir dramaturqun İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmadığını diqqətə çatdırıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının bütün pyeslərinə səhnə həyatı verilmişdir. İlyas Əfəndiyevin əsərlərinin dilinin səlisliyi, süjet xəttinin axıcılığı insanı əsəri bir nəfəsə oxumağa sövq edir. Əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə almışdır. Buna görə də onun əsərləri indi də coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanmaqdadır. Vaxtilə ulu öndər Heydər Əliyevin görkəmli nasir və dramaturq İlyas Əfəndiyev dövləti tərəfindən yüksək qiymətləndirilib. Şərəf Əlyeva Ümummilli lider Heydər Əliyevin unudulmaz sənətkarın yaradıcılığını çox dəqiq xarakterizə etməsini də oxucuların diqqətinə çatdırıb. Vurğulanıb ki, İlyas Əfəndiyevin yaradıcılığı müstəqil Azərbaycan Sərəncamı ilə onun xatirəsi əbədiləşdirilib, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib. Onun 80, 90 və 100 illik yubileyləri dövlət səviyyəsində qeyd ediliib. Ulu Öndərin Sərəncamı ilə İlyas Əfəndiyevin “Seçilmiş əsərləri”nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr olunub. Ədibin yaradıcılığı haqqında monoqrafiyalar, namizədlik dissertasiyaları yazılıb. Bunlar bir daha sübut edir ki, İlyas Əfəndiyev bütün zamanların yazıçısıdır. Daha sonra oxucular da yazıçının qələmə aldığı hekayə və povest və xatirələri haqqında öz fikirlərini bölüşüblər.