SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ədəbiyyat saatı
18.05.2019-cu il tarixində Gənclər kitabxanasında oxucu fəallarının iştirakı ilə XIX əsr görkəmli fransız yazıçı-dramaturqu, Qərbi Avropa realizminin zirvəsi Onore de Balzakın 220-ci ildönümü ilə əlaqədar “Dahilik burulğanı, böyük hiddət fırtınası” adlı ədəbiyyat saatı keçirilmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat vermiş, qeyd etmişdir ki, adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilən Balzakın əsərləri bəşəriyyətin bədii inkişafında irəliyə doğru nəhəng bir addımdır. İlhamın, istedadın, yaradıcı təxəyyülün qüdrəti etibarı ilə o, Nizami Gəncəvi, Aligyeri Dante, Uilyam Şekspir, Lev Tolstoy kimi sənətkarlarla bir cərgədə dayanır. Yüz əlli ildən çoxdur ki, onun şəxsiyyəti, zəmanəsi, dünyagörüşü, fövqəladə həcmə və dəyərə malik olan bədii irsi ətrafında gedən mübahisələr səngimək bilmir. Realist sənətin, dünya mədəniyyətinin ən mütərəqqi ənənələrinin varisi olan sosialist bədii fikrinin inkişafını Balzaksız təsəvvür etmək olmaz. Balzak, bütün Avropanı lərzəyə gətirən 1789-1794-cü illər burjua inqilabından sonra yaranan mühitdə yetişmişdir. Onun bütün gücünü sərf edərək 90 roman və novella yazdığını qeyd edən R.Bağırova xüusilə vurğuladı ki, yazdığı yüzdən artıq roman və pyesləri birlikdə "İnsan komediyası" adı altında tanınır. Və bu epopeyaya "Şaqren dərisi", "Yevgeniya Qrande", "Qorio ata", "Sezar Biroto", "İtirilmiş illüziyalar" Vadidəki Zambaq və digər romanlar daxildir.