SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

17.05.2019-cu il tarixində Sumqayıt şəhərinin 70 illiyi çərçivəsində Mərkəzi Uşaq Kitabxanası 8 saylı məktəblə birgə “Sumqayıt-zəmanəmizin möcüzəsi” adlı ədəbi-bədii gecə keçirmişdir. Tədbir 8 nömrəli məktəbin musiqi müəlliməsi İsgəndərova Günayın rəhbərliyi ilə şagirdlərin “Sumqayıt” mahnısının xor ifası ilə başlandı. Tədbirdə çıxış edən Mərkəzi Uşaq Kitabxanasının multimedia mütəxəssisi Leyla Mahmudova ilk olaraq Xəzərin zümrüd boyunbağısı adlandırılan əfsanə dolu qədim və müasir şəhərimizin tarixi, şəhərin inkişaf mərhələləri, Azərbaycan tarixi və iqtisadiyyatında, mədəniyyətində tutduğu mövqeyi, Sumqayıtın memarlıq abidələri, eləcə də şəhərimizin simvoluna çevrilmiş V.Nəzirov və A.Quliyevin müəllifi olduğu “Göyərçin” abidəsi, 1964-cü ildə Süleyman Hacıyev tərəfindən hazırlanmış Qağayı abidəsi haqqında məlumat verdi. Sonra Sumqayıta həsr olunmuş “Heydər Əliyev və Sumqayıt”, T.Əliyev “Sumqayıtın qan yaddaşı”, “Prezident Sumqayıt məktəblilərinin gözü ilə”; L.Qasımzadə “Sumqayıt veteranlarının şərəf salnaməsi-70 ”, Eyruz Məmmədovun “28-dən 29-na keçən gecə”, “Mədəniyyətin tərəqqi ünvanı Sumqayıt”, “Həzin nəğmələrdə yaşayan şəhər”, Həmid Alıyevin “Sumqayıt şəhərinin tarixi” və digər kitabları əks etdirən “Yaş ötdükcə cavanlaşan Sumqayıt” adlı daimi sərgi haqqında ətraflı xülasə verdi. Sonra 8 nömrəli məktəbin şagirdlərinin ifasında şeirlər, musiqilər səsləndirildi, rəqs nömrələri ifa olundu. Sonda 8 nömrəli məktəbin direktoru Şəlalə Məmmədova ölkəmizin müasir sənaye şəhərinə çevrilən Sumqayıtın güclü potensialı, yüksək ixtisaslı əmək resursları, inkişaf etmiş təhsil sistemindən bəhs edərək tədbirdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.