SumgaitLibrary

+994 186520087


Görüş

14.05.2019 cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda “Ailənin mənəvi əsasları” adlı görüş keçirilmişdir. Tədbiri böyük kitabxanaçı Ağakişiyeva Dilarə açaraq qeyd etdi ki, 15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq Ailə Günüdür.Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb, ailə cəmiyyətin əsas özəyi kimi daima dövlətin xüsusi himayəsindədir. Tədbirdə Kitabxana Klubun nəzdində fəaliyyət göstərən “Veteran Klub” un üzvləri – Qəribova Nərgiz, Əşrəfov Şahin, Bayramov Məmmədsəfər,İsmayılova Gülafət və gənc oxuculardan Aslanlı Kəmalə, Bayramlı Fəridə, Əsədova Aidə, Səmədova Susanə və başqaları sözü gedən mövzu ətrafında geniş müzakirələr aparmışlar.